Biləcəridə yol çökdü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Biləcəridə yol çökdü - FOTOLAR

Binəqədi rayonu Biləcəri qəsəbəsi 3-cü Dağlıq küçəsində yaşayan sakinlər yaşadıqları ərazidən keçən yolların çökməsindən şikayət edirlər.

Sakinlərin Publika.az-a bildirdiklərinə görə, faktla bağlı aidiyyəti qurumlara müraciət etsələr də, heç bir faydası olmayıb.

Təxminən üç ay bundan əvvəl təmir olunan yolda torpaq çöküb. Yağışdan sonra isə çökmə prosesi getdikcə dərinləşir:

“Yolun bir hissəsini məhəllə camaatı öz vəsaiti hesabına təmir edib. Maşınla daş alıb tökmüşük. Müvafiq qurumlar isə özlərini görməzliyə vururlar. Yollarımız baxımsız qalıb, heç kim maraqlanmır”.

Sakinlərin sözlərinə görə, 3-cü Dağlıq küçəsindən başqa, 4-cü və 2-ci Dağlıq küçələrində də sürüşmə müşahidə olunur. Ərazi bələdiyyəsinə şikayət etsələr də, əhəmiyyət verən yoxdur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm