ADU-da daha bir konfrans öz işinə başladı
Bizi izləyin

Qırmızı.az

ADU-da daha bir konfrans öz işinə başladı

Noyabrın 25-də Azərbaycan Dillər Universitetində “XXI əsr mədəni paradiqması multimədəni aspektdə” mövzusunda iki günlük respublika elmi-praktiki konfransı öz işinə başladı.

“XXI əsr mədəni paradiqması multimədəni aspektdə” mövzusunda respublika elmi-praktiki konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

Giriş sözü ilə çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun adından hər kəsi salamladı. Oktyabrın 2-3-də keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda bölmələrdən birinin ADU-ya tapşırıldığını xatırladan prorektor D. Yunusov orada müzakirə olunan maraqlı mövzulardan və əldə olunan yüksək nəticələrdən söz açdı. Hazırda dünyanın bir çox ölkələrində mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq kimi məsələlərin ciddi müzakirə obyektinə çevrildiyini söyləyən D. Yunusov bugünkü konfransın mövzusunun aktual olduğunu bildirdi. “XXI əsr mədəni paradiqması multimədəni aspektdə” mövzulu konfransın bölmələrində tərcümə problemləri, xarici dilin tədrisi problemləri, dil və ədəbiyyat kimi mövzularında müzakirə olunacağını deyən prorektor 20 ali təhsil ocağı və Bakı şəhərinin bir çox rayonlarında yerləşən orta məktəblərindən qonaqların konfransın işində fəal iştirak etdiklərini və bölmələrdə öz məruzələri ilə çıxış edəcəklərini konfrans iştirakçılarının diqqətinə çatdırdı. ADU-nun yerli və beynəlxalq konfranslarda fəal iştiraka önəm verən ali təhsil müəssisəsi olduğunu deyən prorektor D. Yunusov konfransın gedişatı və strukturu haqqında konfrans iştirakçılarını tanış etdi.

Plenar iclasda ADU-nun müəllimləri Gülnarə Hacıyevanın “Diplomatik yazının səmərəli tədrisində vacib amillər: rəsmi və qeyri-rəsmi məktubların yazılma qaydaları”, Mahirə Hacıyevanın “Multimədəni mühitdə humanist müna-sibətlərin formalaşmasında bədii ədəbiyyatın ideoloji gücü”, Rəna Fərəcovanın “Multimədəniyyət və tolerantlıq anlayışlarının Azərbaycan modelində kəsişməsi”, Vüsalə İsgəndərovanın “Qloballaşma şəraitində ədəbi dilimiz və reklamlar” mövzusunda məruzələri dinlənildi.

ADU-da keçirilən “XXI əsr mədəni paradiqması multimədəni aspektdə” mövzusunda respublika elmi-praktiki konfransının plenar iclası başa çatdıqdan sonra konfrans öz işini bölmələrdə davam etdirdi.

“Postmodernizm fənlərarası fenomen kimi”, “Tərcüməçi qlobal və lokal bilik arasında”, “Qloballaşma şəraitində dəyişən dünyanın dil mənzərəsi”, “Xarici dillərin tədrisində ritorika məsələləri” mövzusunda keçirilmiş bölmələrdə müzakirələr aparılacaq. Qeyd edək ki, ümumilikdə 160 məruzə dinləniləcək.

Konrans öz işini sabah noyabrın 26-da başa çatdıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm