• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Səhlənkar polislər işdən qovuldu və həbs edildi - Təfərrüat

Səhlənkar polislər işdən qovuldu və həbs edildi - Təfərrüat

Bakıda ötən gün Nizami rayonunda yerləşən "Göy bazarı" adlanan ərazidə polis geyim formasında olan bir neçə şəxsin satıcılardan pul tələb etməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirilib.

Report.az-ın məlumatına görə, Nizami Rayon Mühafizə İdarəsinin (NMİ) keçmiş polis nəfərləri Hidayət Allahverdiyev və Nazim Əliyev bu ilin noyabr ayında işlərində yol verdikləri səhlənkarlığa görə vəzifələrindən azad olunublar. Belə ki, H. Allahverdiyev və N. Əliyev oktyabrın 13-də Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Grandmart" marketlər şəbəkəsindən içərisində 65 min manat olan seyf oğurlanan zaman xidmət başında olublar. Onlar NMİ-nə marketdən daxil olan həyəcan siqnalından sonra obyektə yollanıblar. Əraziyə gələn H. Allahverdiyev və N. Əliyev təlimata uyğun olaraq, mağaza administrasiyasından məsul şəxslərdən birinə xəbər verməli və mağaza rəhbərliyindən kimsə gəldikdən sonra birlikdə mağazaya daxili və xarici baxış keçirilməli olduqları halda bunu etməyiblər. Mühafizə polisinin keçmiş əməkdaşları bu təlimatı pozub və yalnız mağazanın ofis qapısını yoxlayaraq ərazidən uzaqlaşıblar. Nəticədə isə marketə başqa üsulla daxil olan iki nəfər oradan seyfi götürərərk aradan çıxa biliblər. Oğurluq hadisəsindən sonra marketi qarət edən iki nəfər - 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmov saxlanılsa da, xidmət başında səhlənkarlığa yol verən polis nəfərləri H. Allahverdiyev və N. Əliyev də həmin vaxt daxili işlər orqanlarından kənarlaşdırılıblar.

Qeyd edək ki, H. Allahverdiyev və N. Əliyev məhz polis orqanlarından kənarlaşdırılandan sonra Nizami rayonu ərazisindəki bazarda polis formasında gəzərək satııcılardan pul tələb ediblər. Bu əməllərinə görə, keçmiş polis işçiləri barəsində Cinayət Məcəlləsinin (CM) 310-cu -"Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə" maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR