• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Qaranlıq mətləblər var”

“Qaranlıq mətləblər var”

“Rusiya imzaladığı müqavilənin ziddinə gedərək, İranın Azərbaycana qarşı təzyiqləri fonunda qisasçılıq siyasəti yürüdür”. Publika.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Xəzərin statusu ilə bağı iki qonşu ölkə rəsmiləri arasında mövqe yaxınlığına münasibət bildirərkən belə deyib.

Politoloq söyləyib ki, Rusiya Qəbələ RLS məsələsinə görə Azərbaycana münasibətini sərtləşdirir: “Rusiya tarixi baxımdan Azərbaycana qarşı təhdid siyasəti yürüdüb. “Gülüstan” və “Türkmənçay” müqavilələrinin imzalanması, 1920-ci ilin 28 aprel və 1990-cı ilin 20 yanvar tarixlərində ölkəmizdə qırğınlar törətməsi Rusiyanın Azərbaycana qarşı daim məkrli siyasət yürütməsinin bariz nümunəsi sayıla bilər.

Təəssüf ki, Rusiya bu gün də analoji siyasətini davam etdirir və Azərbaycana qarşı hər an zərbə vurmağa hazırdır.

1997-ci ildə Rusiya, Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin statusu ilə bağlı müqavilə imzalanıb. Həmin müqavilədə Xəzərin ərazisi və təbii ehtiyatlarından istifadədə üç ölkə razılığa gəlib. Sonradan Türkmənistan da bu müqavilənin şərtləri ilə razılaşmaq məcburiyyətində qalıb.

Yalnız İran buna etiraz edirdi ki, neçə illər sonra Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatının Tehranda İranla bu məsələni yenidən müzakirə etməsi qaranlıq mətləblərdən xəbər verir.

Rusiya bu yolla Azərbaycandan Qəbələ RLS-ə görə qisas almağa çalışır və məsələnin kökündə məhz bu amil dayanır. Bu isə nə strateji tərəfdaşlıq, nə də qonşuluq siyasəti ilə bir araya sığmır.

Digər tərəfdən İranı Qərbə qarşı qaldıran, onu əsas müdafiə edən də Rusiyadır. Azərbaycana qarşı təzyiqlərdə Rusiya ilə İran bir xətt üzrə hərəkət edir. Bu isə Azərbaycanı çətin seçim qarşısında qoyur”.

Azər Niftiyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR