Bakıda iş axtaranlara xoş xəbər!
Bizi izləyin

Qırmızı.az

Bakıda iş axtaranlara xoş xəbər!

Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakının Qaradağ rayonunda əmək yarmarkası keçirəcək. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Rayonun Ə.Əmirov adına Mədəniyyət Sarayında təşkil olunacaq aktiv məşğulluq tədbirində 22 müəssisə üzrə əsasən 300-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə peşə hazırlığına, müvəqqəti işlərə və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.

ƏƏSMN tərəfindən cari ilin ötən dövründə ölkənin 59 rayon və şəhərində keçirilən əmək yarmarkalarında 5711 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 84,5 faizi, yəni 4830 nəfəri işlə təmin olunub. Həmçinin bu tədbirlər zamanı 369 nəfər peşə hazırlığına, 204 nəfər ödənişli ictimai işlərə cəlb edilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm