Qırmızı.az
Mübariz Qurbanlı Azərbaycanda məscidlərin azlığı məsələsinə aydınlıq gətirdi
"Bu gün dünyanın əksər ölkələrində din siyasi məqsədlər üçün istifadə edilir. Azərbaycanda da bu faktlara rast gəlmək olur".
Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dövlət
Komitəsinin "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti"
movzusunda birgə təşkil etdiyi konfransda çıxışı zamanı
bildirib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanda ibadət üçün məscidlərin
çatışmaması barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.
Komitə sədri deyib ki, hazırda Azərbaycanda 2050 məscid var,
onlardan 1600-ü fəaliyyət göstərir: "Bəzən kimsə deyir ki,
Azərbaycanda məscid çatışmır. Bunların heç bir əsası yoxdur.
Monitorinqlər göstərir ki, ölkədə 350-400 min vətəndaş məscidlərə
daxil olub dini ayinləri icra edə bilərlər. Lakin hazırda
Azərbaycanda hətta bayram namazlarına belə gələnlərin sayı təxminən
150 min nəfər civarındadır. Amma bu, heç də o demək deyil ki,
Azərbaycanda namaz qılan insanlar azdır".
Onun sözlərinə görə, bütün dünyada din pərdəsi altında siyasi məqsədlərini həyata keçirmək istəyən insanlar var. Dinin siyasi məqsədlər üçün istafədə olunmasına daha çox İslam ölkələrində rast gəlinir: "Xüsusi ilə İslam ölkələrində çoxsaylı insalar din pərdəsi altında gizlənənlərin və dinlərarası, məhzəblərarası ayrı-seçkiliklərin, bu ayrı-seçkiliklərdən siyasi məqsədlər üçün istifadə olunması nəticəsində baş verən müharibələrin, eyni zamanda, digər fəlakətlərin qurbanı olurlar”.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanda dövlət-din məsələləri
Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları ilə
tənzimlənir: "Hazırda Azərbaycanda dinlərarası və məhzəblərarası
məsələlərdə ciddi problemlər, demək olar ki, yoxdur. Dini-mənəvi
dəyərlərimizin, İslam dininin əxlaq və tərbiyə qaydalarının qorunub
saxlanılması istiqamətində Azərbaycanda geniş layihələr həyata
keçirilir. Bu işdə QHT-lərin də üzərinə böyük məsuliyyət düşür və
QHT-lərin bu sahədə özünəməxsus yeri və rolu var”.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...