Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi
Bizi izləyin

Qırmızı.az

Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Qanunun 29.3-cü maddəsinə edilən əlavəyə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən bu Qanunun 17.2-ci, 17.3-cü, 17.4-cü və 17.8-ci maddələrinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülür.

Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Prezident, eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu da təsdiqləyib.

Əmək Məcəlləsinin 312-ci maddəsinə edilən əlavəyə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm