Sərxoş halda döyüldü, öldü
Bizi izləyin

Qırmızı.az

Sərxoş halda döyüldü, öldü

Bakı şəhər sakini İqor Samoylenkonu döyərək qətlinə səbəb olmuş Nəsrulla Zaqidulin tutulub.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 24-də Səbail rayonu ərazisindən Bakı şəhər sakini İqor Samoylenko sərxoş halda xəstəxanaya gətirilib və dekabrın 27-də orada ölüb.

Dekabrın 27-də Maya Nikolayevna Batolova Səbail RPİ 8-ci PB-yə müraciət edərək dekabrın 24-də oğlu İ.Samoylenkonun naməlum şəxs tərəfindən döyüldüyünü bildirib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Nəsrulla Zaqidulin tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm