Sabah Bakıda hava dəyişkən buludlu olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda hava dəyişkən buludlu olacaq

Fevralın 17-də Azərbaycanda hava əsasən yağmursuz olacaq.

Fevralın 17-də Azərbaycanda hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm