• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kredit ittifaqının rəhbərinin 9 milyonluq fırıldağı

Kredit ittifaqının rəhbərinin 9 milyonluq fırıldağı

Vətəndaşları aldadaraq onlara külli miqdarda ziyan vuran kredit ittifaqının sədrinin cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Astara Kredit İttifaqı” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı Osman Nəzərovun “Astara Kredit İttifaqı” MMC-nin İdarə heyətinin sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka müqavilələri əsasında ayrı-ayrı şəxslərin əmlakını müxtəlif kredit təşkilatlarında və banklarda yüklü edərək mülkiyyət hüquqları ilə bağlı mənafelərinə mühüm zərər vurmasında, eyni üsul ilə vətəndaşların əmlakını “İcraçı Kredit Agentliyi” MMC-də ipoteka ilə yüklü edərək aşağı faizlə görürdüyü 160 min 160 manat məbləğində kreditin 76 min 700 manatını rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənimsəməsində, 4 min 600 manat məbləğində vergi ödəməkdən yayınmasında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə “Nikoil” İnvestisiya kommersiya bankının “Lənkəran” filialından müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin adına qrup halında götürülmüş 39 min 400 manat məbləğində kreditin 17 min manatını banka ödəməyərək ələ keçirməsində, habelə Astara rayon sakininə məxsus evi “Nikoil” İnvestisiya kommersiya bankının “Lənkəran” filialında ipoteka ilə yüklü edərək 15 min manat məbləğində götürdüyü krediti şəxsi ehtiyacları üçün istifadə edərək vətəndaşa mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın bir hissəsinin ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR