İçərişəhərdə xeyriyyə yarmarkası - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İçərişəhərdə xeyriyyə yarmarkası - FOTOLAR

İçərişəhərdə xeyriyyə yarmarkası keçirilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Publika.az-a verilən məlumata görə, yarmarka “İncəsənət Bağı”nda (Kiçik Karvansara) “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Azərbaycanda fəaliyyət göstərən Diplomatik Missiya Rəhbərlərinin xanımlarının təşkilatı (“HOMS”) tərəfindən 8 Mart–Beynəlxalq Qadınlar Gününə həsr olunub.

Tədbirdə 30-dən artıq ölkə nümayəndəsi iştirak edib, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirlər və mətbəx nümunələrinin sərgi-satışı təşkil olunub. Tədbirdə həmçinin milli musiqi və rəqslər də nümayiş olunub. Xeyriyyə aksiyasında eyni zamanda qiymətli mükafatların oynanıldığı lotereya tirajı da keçirilib. Tədbirdən əldə olunan mənfəətdən “HOMS”un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları və layihələrinin fəaliyyətinə yardım məqsədilə istifadə olunması nəzərdə tutulub.

Xeyriyyə aksiyası bir sıra otellərin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə keçirilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm