• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Deputatdan Şəbnəm Tapdığa: "Belə bir qadağa qoymaq olmaz"

Deputatdan Şəbnəm Tapdığa: "Belə bir qadağa qoymaq olmaz"

Millət vəkili Nizami Cəfərov müğənni Şəbnəm Tapdığın Azərbaycandakı müğənnilərə “Şəbnəm” adı ilə çıxış etməyə qadağa qoymasına münasibət bildirib.

Publika.az-a danışan millət vəkili deyib ki, qanunda bununla bağlı heç nə yoxdur və heç kimə belə bir qadağa qoymaq olmaz:

“Qanunla belə bir şey müəyyən olunmur. Bu, daha çox ictimai-mənəvi məsələdir. Amma müğənni gərək fərqlənə və hər kəs öz adı ilə efirə çıxa. Məsələn, Anar yazıçıdır və bu adla əsərlər yazır. Bu adla digər bir jurnalistin yazması düzgün deyil. Əgər elan olunsa ki, “Oxuyur Şəbnəm” bu, düzgün və qaydalara uyğun deyil. Amma “Oxuyur Şəbnəm Həsənova” deyilirsə, bu, düzgündür. Çünki burada familiya da var”.

Qeyd edək ki, bir gün öncə müğənni Şəbnəm Tapdıq efirdə Azərbaycandakı müğənnilərin “Şəbnəm” adı ilə çıxış etməsinin yolverilməz olduğunu bildirmişdi: “Bu ad mənə verilib, mənlə doğulub. Mənim adımın qeydiyyatı, təsdiqi var. Bu, mənim təxəllüsümdü və mən bu adla şeirlər yazıram. Müğənni Şəbnəm deyəndə insanların ağıllarına mən gəlirəm. Mən müğənnilərin səhnədə bu adla çıxış etməsini qadağan edirəm. Şəbnəm adlı şəxslər səhnədə çıxış etmək üçün özlərinə başqa ad götürsünlər. Özünə nənəsinin, xalasının adını götürsün”.

Müğənni, əks halda, həmin şəxsləri məhkəməyə verəcəyini bildirmişdi və qeyd etmişdi ki, bu qadağa yalnız müğənnilərə aiddir.

Azərbaycan Müəllif Hüquqları Agentliyi də müğənni Şəbnəm Tapdığın “ad” ilə bağlı iddiasına münasibət bildirib.

Agentlikdə əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli “a24.az”a açıqlamasında deyib ki, qurumda ad-təxəllüslərlə bağlı qeydiyyat aparılmır və bu, nizamnamədə nəzərdə tutulmayıb:

“Dizayn, qeyri-adi firma loqosunu qeydiyyatdan keçirmək mümkündür. Amma ad və təxəllüsün qeydiyyatı Agentliyin praktikasında yoxdur. Belə qeydiyyat heç zaman aparılmayıb. Müğənnilər arasında da belə addım atan olmayıb. Ancaq onların ifa etdikləri musiqilərin fonoqramlarının qeydiyyatı aparılır”.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR