Qırmızı.az
TQDK 6 və 7-ci siniflər üçün imtahan keçirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 6, 7,9 və 10 aprel tarixlərində orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, imtahan həm Azərbaycan, həm də rus bölmələri
üzrə Ana dili və riyaziyyat fənlərindən həyata keçirilir. 6-cı
siniflər üçün imtahan saat 10:00-da, 7-ci siniflər üçün isə saat
13:00-da başlanır və hər bir imtahan 1 saat 30 dəqiqə ərzində
aparılır.
İmtahan şagirdlərin tam seçməsinin bütün xüsusiyyətlərini özündə
əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş
Respublikanın 44 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan,
Gəncə, Şəmkir, Göygöl, Samux, Qazax, Ağstafa, Tovuz, Goranboy,
Şəki, Zaqatala, Balakən, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay,
Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu,
Bərdə, Füzuli, Beyləqan, Şirvan, İmişli, Hacıqabul, Sabirabad,
Salyan, Saatlı, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad, Masallı,
Quba, Qusar və Xaçmaz) məktəblərində keçiriləcək.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin
biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız
təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün
aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının
(kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi
məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız
dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı
ödəniş tələb olunmur.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...