• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Deputat: "İş yerlərində işçilərə nahar verilməlidir"

Deputat: "İş yerlərində işçilərə nahar verilməlidir"

"Əməyin təhlükəsizliyi təkcə inzibati mexanizm deyil. İşçilərin əmək hüquqlarının qorunması inzibati və nəzarət orqanlarından deyil, eləcə də işçilərin özündən də asılıdır. Təəssüf ki, bu gün Azərbaycanda bu mədəniyyətin yüksək səviyyədə olduğunu deyə bilmirik".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Bakıda keçirilən Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə hər il 80-90 min yeni iş yeri açılır. M.Quliyev həmçinin əmək qanunvericiliyi şərtlərinin ən çox tikinti şirkətlərinə pozulduğunu diqqətə çatdırıb: "Orada ən çox kənd yerlərindən gələn insanları əmək müqavilələri bağlamadan işə götürürlər. Həmin insanlar isə peşəkar olmur, həm də öz hüquqlarını qoruya bilmirlər. Digər tərəfdən isə onlar daha çox hündürlükdə görülməsi lazım olan işə cəlbedilir, yaxud da təcrübə tələb olunan sahəyə gətirilir. Təbii ki, bu da əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olur".

Komitənin sədr müavini iş yerlərində işçilərə nahar verilməsinin zəruri olduğunu da vurğulayıb: "Bununla həm işçinin müəssisəyə marağını artırmaq, həm də təhlükəsizliyini qismən də olsa təmin etmək olar. Çünki işçi nahar etmək üçün əksər vaxtlarda avtomobil yolunu keçməlidir. Bu da bəzi vaxtlar onun həyatı bahasına başa gələ bilir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR