Qobustanda tapılan silah-sursat zərərsizləşdirildi
Bizi izləyin

Qırmızı.az

Qobustanda tapılan silah-sursat zərərsizləşdirildi

Qobustanda tapılan silah-sursat zərərsizləşdirilib.

Teleqraf.com Kanal S-ə istinadən məlumat verir ki, Qobustanda silah-sursatın tapıldığı əraziyə ANAMA və Daxili Qoşunların mina təmizləyiciləri cəlb olunub. 6 nəfərdən ibarət qrup əraziyə gəlib.

2 saat ərazidə axtarış aparıldıqdan sonra ərazidəki silah-sursat götrülüb. Partlamamış minalardan biri partladılıb. Minalar partladılarkən ərazidə təhlükəsizlik tədbirləri görülüb. Avtamobillərin hərəkəti müvəqqəti dayandırılıb.

Xatırladaq ki, ötən gün Bakı-Şamaxı-Yevlax yolunun Qobustanın Şıxzərli kəndi ərazisində partlayıcı maddələr tapılıb. Onların əksəriyyətini əl qumbaraları, tank əleyhinə mərmi və piyada əleyhinə minalar təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm