“Tələbə Xəritəsi”nin təqdimatı keçirildi
Bizi izləyin

Qırmızı.az

“Tələbə Xəritəsi”nin təqdimatı keçirildi

Fevralın 28-də Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının (ADU TGT ) təşəbbüsü ilə “Tələbə xəritəsi” layihəsinin təqdimat mərasimi keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, mərasim Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati(ATGTİ) və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib.

“Tələbə Xəritəsi” layihəsi tələbələrə Bakı şəhəri ilə yaxından tanış olmağa imkan verir. Bu kitabçalardan hazırda 500 ədəd çap olunub.

Xəritənin çap olunmasında məqsəd xarici ölkələrdən, bölgələrdən, eləcə də Bakıda yaşayan tələbələrə Bakı şəhərində yerləşən universitetlərin, kolleclərin, kitabxanaların, gənclərlə işləyən dövlət qurumlarının, gənclər təşkilatlarının, tələbə kafe və restoranlarının, əyləncə mərkəzlərinin və s. yerləri ilə tanış olmaqlarına kömək etməkdir.

Xəritədə yuxarıda adları qeyd olunan yerlər, onlar haqqında qısa məlumat və həmin məntəqələrə getmək üçün lazım olan ictimai nəqliyyatın sxemi dərc olunub. Kitabçaları əldə etmək istəyənlər ADU TGT-yə müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm