Təhsil Nazirliyi müsabiqə elan edir
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi müsabiqə elan edir

Ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və qiymətləndirilməsi prosesini səmərəli təşkil etmək məqsədilə yaradılan Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün müsabiqədə iştirak etmək istəyənlərin ərizələri 3-18 mart 2014-cü il tarixlərində qəbul ediləcəkdir.

Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Müsabiqənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə uyğun olaraq, ümumi təhsilin məzmununda aparılacaq islahatların səmərəliliyini artırmaq, ümumtəhsil məktəbləri üçün hazırlanmış dərsliklərin ekspertizası və qiymətləndirilməsində şəffaflığı təmin etməkdən ibarətdir. Müsabiqə dərsliklərin keyfiyyətini yüksəltmək işinə müasir innovativ təlim metodologiyalarını və texnologiyalarını dərindən bilən, eləcə də kurikulum, psixologiya və dərslik dizaynı sahəsində peşəkar mütəxəssisləri cəlb etmək baxımından da mühüm əhəmiyyət daşıyır.

Müsabiqəyə tədris dilləri, ibtidai təhsil, ədəbiyyat, riyaziyyat-informatika, təbiət fənləri, ictimai-sosial fənlər üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik, müasir təhsil proqramlarının mahiyyətinə dərindən bələd olan və onların tətbiqində bilavasitə iştirak edən şəxslər qatıla bilərlər. Təhsilin məzmunu – kurikulum, yaş psixologiyası, fiziologiya, dərslik nəşri və dizayn sahələri üzrə mütəxəssislərə pedaqoji staj məhdudiyyəti şamil olunmur.

Müsabiqədə iştirak etmək istiyənlər “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə” ilə Təhsil Nazirliyinin saytında (http://www.edu.gov.az/view.php?lang=az&menu=162&id=8043) ətraflı tanış ola bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər ərizələrini və özləri haqqında məlumatları (CV) elektron formada [email protected] elektron poçtuna göndərə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm