Ermənilər Ağdamda qəbiristanlığa od vurdular - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Ermənilər Ağdamda qəbiristanlığa od vurdular - FOTO/VİDEO

Ermənilərin cəbhədə törətdikləri yanğın təmas xəttini keçib.

Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarında son bir neçə gündə törədilən yanğınlar cəbhənin Ağdam istiqamətində neytral ərazini keçərək yaşayış olan kəndlərə yaxınlaşıb.

Ötən gecə miqyası genişlənən alov rayonun Çıraqlı və Mirəşelli kəndlərinin ərazilərinə qədər yayılıb. Yanğın Baş Qərvənd və Mirəşelli kəndlərinin qəbiristanlığını da bürüyüb. Təmas xəttində yerləşdiyindən, məzarlığın xeyli hissəsi qısa müddət ərzində alovlanıb.

Aidiyyəti qurumlar yanğının məhsul altında olan sahələrə keçməməsi üçün tədbirlər görüblər. Yanğın səhərə yaxın söndürülüb. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm