Bakıda dəhşətli isti olacaq, rayonlara yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşətli isti olacaq, rayonlara yağış yağacaq

İyunun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək. Gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Sabah rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 37-42, dağlıq və dağətəyi rayonlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm