TQDK imtahana görə Apelyasiya Komissiyası yaratdı
Bizi izləyin

Qırmızı.az

TQDK imtahana görə Apelyasiya Komissiyası yaratdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 7-də rezidentura səviyyəsinə keçirilən qəbul imtahanının II mərhələsində iştirak etmiş namizədlərə müraciət edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apelyasiya Komissiyası yaradılıb.

Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 8-10 iyul 2015-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm