Prezident Fransada görüşlər keçirir - FOTOLAR - (YENİLƏNİR)
Bizi izləyin

Rəsmi xronika

Prezident Fransada görüşlər keçirir - FOTOLAR - (YENİLƏNİR)

Prezident Fransada görüşlər keçirir - FOTOLAR - (YENİLƏNİR)

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.

Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını dedi, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.

Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

***

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Thales lnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq edildiyi məmnunluqla xatırlandı, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirildi. “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətləri ilə müxtəlif layihələrin reallaşdırıldığı qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müəyyən işlərin görüləcəyi diqqətə çatdırıldı.

Söhbət zamanı əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

***

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Airbus” şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirildi. Kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin hərbi-texniki sahədə gəmilərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıldı.

***

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə DCNS şirkəti arasında 2004-cü ildən əməkdaşlığın həyata keçirildiyi bildirildi. Müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd edildi, Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulandı.

***

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü olub.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edilib.

Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirilib, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.

Görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “SUEZ” qrupun baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə “SUEZ” qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirildi. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olundu, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm