Sosial
Başqasına etibarnamə verənlərin nəzərinə - Başınıza iş aça bilərsiniz! - VİDEO
Avtomobilini əmisi oğluna sürmək üçün etibarnamə ilə verən şəxs sözün əsl mənasında başına iş açıb.
Yol polisi bir neçə gün əvvəl avtomobilin əsl sahibini saxladıb ki, ödənməmiş cərimələrin var. Sürücü cərimələrin tarixinə baxarkən müəyyən edib ki, avtomobili 10 günlük etibarnamə ilə əmisi oğluna verən vaxt radara da məhz o, düşüb. Bəs qanunla cəriməni kim ödəməlidir?.
Afiq Məmmədov yol polisinə bildirib ki o, nizam-intizamla avtomobili idarə edir, heç bir qayda pozuntusu ola bilməz. Polis, sürücünün özünün də iştrakı ilə avtomobilin dövlət nömrə nişanı ''bort-komputer''də yoxlayarkən sürət həddini aşdığına görə bir neçə radarı aşkar edilib.
Afiq Məmmədov radarların tarixinə baxarkən müəyyən edib ki, həmin vaxt avtomobili o, idarə etməyib. Yəni qaydanı onun avtomobili ilə əmisi oğlu pozub.
Zərərçəkmiş sürücü, sürət həddinə görə radarların cəriməsini ödədikdən sonra avtomobilini müvəqqəti duracaqdan çıxarıb. Nəqliyyat eskperti Aqil Əsədovun sözlərinə görə, əslində zərərçəkmiş sürücü iddia qaldırıb, cərimələri əmisi oğluna ödətdirməli idi.
Bəs belə olduqda yol polisi ödənməmiş cəriməyə görə avtomobili cərimə meydançasına apara bilərmi?.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev də belə halla rastlaşan sürücünün məhkəməyə müraciət etməsini deyir. Məhkəmə etibarnəma ilə avtomobili idarə edib qayda pozan sürücüyə cəriməni ödəməsini məcbur edəcək. Əgər sürücü bundan da boyun qaçırarsa icra xidməti onun hansısa əmlakına həbs qoymaqla sürücülük hüququnu da məhdudlaşdıracaq.
-
Magazin24 May 23:36
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO