Sosial
Azərbaycan almasını Ermənistana APARANLAR TAPILDI: İrəvan qarışdı - YENİLƏNDİ
Azərbaycan istehsalı olan almaların İrəvan bazarında
satışa çıxarılması Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, əsas müzakirə mövzusu bu
almanların Ermənistana necə aparılması və hakimiyyət orqanlarının
buna göz yummasıdır.
Erməni jurnalist Tavos Artakyan Azərbaycan alması ətrafında
yaranmış ajiotajı araşdırıb.
Jurnalist yazır ki, İrəvan sakinləri bazardan Azərbaycan almalarını
rahat şəkildə alırdılar: “Onlar bu almanların Azərbaycan istehsalı
olduğunu bilsələr də, yenə də ona üstünlük verirdilər. Bazarlardakı
satıcılar deyirlər ki, alıcıların çoxu bu almalara xüsusi üstünlük
verirmiş. Hətta hakimiyyət orqanları bu almaları toplayıb məhv
edəndən sonra da, bir çox alıcı bazarda Azərbaycan almasını
axtarıb. Bu, ermənilərin vətənpərvər hissləri bir kənara
qoyduqlarının göstəricisidir. Lakin burada əsas məsələ bu almaların
necə gəlməsi və gömrük xidmətinin buna bilərəkdən göz
yummasıdır”.
Erməni jurnalist qeyd edir ki, Azərbaycan almaları Rusiyadan
Ermənistana gətirilib.
“Onu gətirənlər arasında rus sahibkarları da var, erməni
sahibkarlar da. Məlumatlar var ki, gömrük işçiləri rüşvət alaraq,
bu məhsulların idxalına icazə veriblər. Deməli, bu almaları ölkəyə
gətirən əsas qüvvə elə hakimiyyətin özüdür”, - deyə o bildirib.
Lakin jurnalist bazarlarda aşkarlanan Azərbaycan almalarının
kütləvi sürətdə məhv edilməsinə qarşı çıxıb: “Ermənistanda uşaqlar
var ki, onlar ömürləri boyu nadir hallarda alma yeyirlər. Çünki
valideynlərinin bunu almağa imkanı yoxdur. Misal üçün, Gümrüdə
yarımtikililərdə yaşayan ailələrin uşaqlarının böyük ehtiyacı var.
Bəs nə üçün bu almalar ehtiyacı olanlara verilmədi? Halbuki,
onların sayı on minlərlə, bəlkə də daha çoxdur”.
***
17:27
Şirkətin direktoru Rasim Pirimov Publika.az-a açıqlamasında məhsullarının Ermənistan bazarında satılmasına bu cür əsaslandırdı:
“Bu xəbər barədə məlumatım var. Bizim məhsullar Gürcüstana idxal edilir. Ola bilər ki, Ermənistana da məhsul oradan idxal edilib”.
***
14:28
Ermənistan bazarlarında Azərbaycan almaları satışa
çıxarılıb.
Publika.az xəbər verir ki, Ermənistanın qida məhsullarının
təhlükəsizliyi üzrə dövlət xidməti İrəvan bazarlarında yoxlama
keçiriblər.
Yoxlamaq nəticəsində məlum olub ki, Azərbaycan məhsulu olan “DAD”
almaları İrəvanın bazarlarında satışa çıxarılıb.
Bu almaların “Erməni bazarı N-1” bazasında bazarlara paylanıldığı
deyilir.
Azərbaycan məhsullarının Ermənistana necə gedib çıxması ilə dəqiq
bilinmir.
Qeyd edək ki, “DAD” şirkəti Quba rayonunda meyvələrin
yetirişdirilməsi və xarici ölkələrə ixracı ilə məşğuldur. Xüsusilə
məhsullar Rusiya bazarlarına göndərilir. Ehtimal olunur ki, almalar
Ermənistana məhz Rusiya bazarlarından aparılıb.
Asif
-
Mistika01:11Yaponlar bu səbəbdən soyuducunun üstünə sikkə qoyurlar
-
Magazin200:30“Türkiyənin Avroviziyaya qatılmaması yanlışdır”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, böyük çevrilişlərin başlanğıcı ola bilər
-
Art2 Noyabr 22:48Amerikalıdır, gədəbəylilər kimi saz çalır - VİDEO
-
Səhiyyə2 Noyabr 22:24Hansı qidalar dişləri daha çox ləkələyir? - Stomatoloq AÇIQLADI
-
İdman2 Noyabr 21:00Ronaldo şübhəli penalti vurdu, ARA QARIŞDI - VİDEO
-
ABŞ2 Noyabr 20:12Qızıl "Amerika" unitazı satışa çıxarılır - ŞOK QİYMƏT / VİDEO
-
Dünya2 Noyabr 19:36Ölülər Günündə bu şəhərin merini GÜLLƏLƏYİB ÖLDÜRDÜLƏR





































