Moskvada V Beynəlxalq Mstislav Rostropoviç festivalı başlayıb
Bizi izləyin

Tabloid.az

Moskvada V Beynəlxalq Mstislav Rostropoviç festivalı başlayıb

Moskvada V Beynəlxalq Mstislav Rostropoviç festivalı başlayıb

P.İ.Çaykovski adına Moskva Konservatoriyasında əslən bakılı olan dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçə həsr olunmuş növbəti beynəlxalq festival başlanmışdır.

V Beynəlxalq Mstislav Rostropoviç festivalının açılış mərasimində dünya şöhrətli dirijor və bəstəkar Esa-Pekka Salonenin idarəçiliyi ilə London Filarmoniya Orkestri böyük müvəffəqiyyətlə çıxış etmişdir. Dövrümüzün ən yaxşı kollektivlərindən biri olan bu orkestrin ifasında L.V.Betxovenin və Y.Sibeliusun əsərləri səslənmişdir.

Festivalın bədii rəhbəri, dünya şöhrətli musiqiçinin qızı Olqa Rostropoviç bu musiqi bayramını açıq elan edərək diqqətə çatdırmışdır ki, festival ilk dəfə keçiriləndə qarşıya heç də asan və sadə olmayan bir vəzifə qoyulmuşdur. Bu vəzifə Mstislav Rostropoviçin çox sevdiyi və həmçinin onu da çox sevən Moskva ictimaiyyətinə dünya musiqi arenasının ən yaxşı çıxışlarını öz doğma şəhərində eşitməyə imkan yaratmaq olmuşdur. Artıq beş ildir ki, həyata keçirilən bu iş bundan sonra da davam edəcəkdir.

Olqa Rostropoviçin sözlərinə görə, festivalın afişasında 8 konsert nəzərdə tutulmuşdur. Konsertlər Moskva Konservatoriyasının böyük zalında və P.İ.Çaykovski adına zalda keçiriləcək. Festival müddətində dünyanın görkəmli musiqiçiləri və kollektivləri çıxış edəcəklər.

Aprelin 5-də başa çatacaq festivalın sonuncu günündə Vladimir Yurovskinin dirijorluğu ilə London Filarmonik Orkestri çıxış edəcəkdir. Solist Nikolas Anqeliç olacaq.

Moskva festivalından az sonra - aprelin 23-dən 27-dək Orenburqda II, mayın 12-dən 18-dək isə Bakıda VII Beynəlxalq Mstislav Rostropoviç festivallarının keçirilməsi nəzərdə tutulmuşdur.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm