Tanınmış kinoaktyor mahnı yazdı - Video
Bizi izləyin

Tabloid.az

Tanınmış kinoaktyor mahnı yazdı - Video

“Həyat varsa”, “Muradına çatan Günəş”, “Sənə inanıram” seriallarında baş rolları ilə tamaşaçıların sevgisini qazanmış tanınmış kinoaktyor Ruslan Sabirli musiqi bəstələyib:

“İlk musiqi kompozisiyamı 1996-cı ildə bəstələmişəm və o vaxtdan bəri təxminən 10-a yaxın bəstəm mövcuddur. Uzun müddətdir ki, onları nə vaxtsa oranjiman edib məni və yaradıcılığımı sevən insanlara təqdim edəcəyim arzusu ilə yaşayırdım. Qismət bu günə imiş. İlk olaraq pərəstişkarlarıma 2009-cu ildə bəstələdiyim “Yaz xatirələri” adlı kompozisiyamı təqdim etmək qərarına gəldim. Bu melodiya hazir olan kimi kövrək hisslərə qapıldım. Bir tərəfdən neçə illərdir arzusunda olduğum xəyalın gerçəkləşməsi sevinci, digər tərəfdən isə bir vaxtlar yaşadığım hislərin xatirələri kövrəltdi məni.

Bu kompozisiya həyatımda yaşadığım bir sevgi hekayəsidur və onu bu gün yanımızda olmayan, lakin qəlbimizdə yaşayan insanlara həsr edirəm. Ümid edirəm “Yaz xatirələri” pərəstişkarlarım tərəfindən seviləcəkdir.”

Melodiyanın youtube keçidini nəzərinizə çatdırırıq:

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm