"Heydər Əliyev-91” sərgisi işə başladı
Bizi izləyin

Tabloid.az

"Heydər Əliyev-91” sərgisi işə başladı

"Heydər Əliyev-91” adlı sərgisi işə başladı

AMEA Hüseyn Cavidin Ev Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Heydər Əliyev-91” adlı sərginin açılşı olub.

Publika.az-ın məlumatına görə sərgidə Heydər Əliyevin Hüseyn Cavid irsinə, yaradıcılığına, şəxsiyyətinə göstərdiyi qayğı və dəstəyi əks etdirən sənədlər, kitablar, eləcə də Heydər Əliyevin sərəncamı ilə çap edilmiş muzeyin nəşrləri və s. eksponatlar və muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının 2013-cü ildə Heydər Əliyevin 90 illiyinə həsr etdiyi “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası yer alıb.

Eləcə də sərgidə 2002-ci ildə “Hüseyn Cavidin anadan olmasının 120 illik yubileyi” münasibətilə Prezident Heydər Əliyevin imzaladığı, 2007-ci ildə Prezident İlham Əliyevin “Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyi” münasibətilə imzaladığı və 2012-ci ildə Prezident İlham Əliyevin “Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi” münasibətilə imzaladığı sərəncamlar, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi prosesindən, Ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etdiyi Hüseyn Cavidin Ev Muzeyinin açılış mərasimindən və Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin açılış mərasimindən hazırlanmış fotolar, Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinin açılış mərasimini gerçəkləşdirmək üçün Naxçıvana gedən Ulu öndərimiz Heydər Əliyevin həyatının çox dəyərli üç gününü əks etdirən “Ömrün üç günü”, Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini əks etdirən “Hüseyn Cavid” (albom kitabı), Ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyi, “Heydər Əliyev-90 (“Fateh”, “Fəthin yolu”, “Ümid qapısı”)” çoxcildliyi, Heydər Əliyevə həsr olunmuş şeirlər və poemalardan ibarət “Azərbaycan oxusun” kitabı, AMEA Hüseyn Cavidin Ev Muzeyinin yaranması və fəaliyyəti haqqında mühüm sənədlər nümayiş etdirilməkdədir. Sərgi mayın 10-dək ziyarətçilərin üzünə açıqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm