Halil Sezai ölümdən döndü
Bizi izləyin

Tabloid.az

Halil Sezai ölümdən döndü

Türkiyəli müğənni yuxu dərmanından zəhərlənib

Türkiyəli müğənni Halil Sezai yuxu dərmanından zəhərlənib.

Müğənni uzun müddət yuxusuz qaldığından dərman atıb və bu da ona pis təsir edib. Belə ki, o, şənbə günü gecə konsertə hazırlaşmaq üçün səhərə qədər studiyada məşq edib. Məşqdən dərhal sonra Avstriyaya yola düşən müğənni təyyarədən endikdən sonra şəhəri gəzib, muzeylərə baş çəkib.

Iki saatlıq konsertdən sonra otelinə qayıdan Halil Sezai yuxuya gedə bilməyib və dərman atıb. Səhəri gün ona baş çəkən köməkçisi müğənnini əlləri və üzü şişmiş, şüuru özündə olmayan halda tapıb. O, dərhal Vyanadakı xəstəxanalardan birinə aparılıb və dərmandan zəhərləndiyi məlum olub. Orada bir gün müalicə alan müğənni Türkiyəyə qayıdıb./AzVision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm