Hüsniyyə də İTV-dən getdi
Bizi izləyin

Tabloid.az

Hüsniyyə də İTV-dən getdi

İTV-nin Musiqili və Əyləncəli Verilişlər Departamentinin əməkdaşı Hüsniyyə Məhərrəmova öz ərizəsi ilə İctimai Televiziyadan ayrılıb.

Hüsniyyə Məhərrəmova aparıcılıq fəaliyyətini ATV-də davam etdirəcək.

Aparıcısı olduğu “Böyük Səhnə” yarışması da ATV-də yayımlanacaq. Xəbəri dəqiqləşdirmək üçün aparıcı ilə əlaqə saxladıq. Hüsniyyə Məhərrəmova faktı təsdiq etdi:

“Deyilənlər doğrudur, öz ərizəm ilə işdən ayrılmışam. Yarışmanın isə ATV-də olması ilə bağlı qəti qərar yoxdur”./ İnterpress.az

Qeyd edək ki, Hüsniyyə Məhərrəmova “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm