Ayan Barselonanı seçdi
Bizi izləyin

Tabloid.az

Ayan Barselonanı seçdi

Ana olandan sonra sənətində yeniliklər etməkdə davam edən müğənni Ayan Babakişiyeva yay istirahətini də unutmayıb.

Sənətçi artıq gedəcəyi şəhərin adını müəyyən edib. O, hələlik qızı Selena ilə deyil, qardaşı ilə yola düşəcək:

“Qardaşım Samirlə Barselonaya getməyi düşünürük. Selenasız gedəcəyim üçün tətil, yəqin ki, qısa sürəcək . Həkimi ona 6 ayına kimi ölkəni tərk etməməyi məsləhət görür”.

Ayan ailəsi ilə Azərbaycanın guşələrinə də baş çəkəcəyini söyləyib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm