Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində çıxış edib
Bizi izləyin

Tabloid.az

Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində çıxış edib

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin konserti olmuşdur.

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin konserti olmuşdur.

Orkestrin bədii rəhbəri İşın Mətinin dirijorluğu ilə keçən konsertdə skripkada Azərbaycanın Əməkdar Artisti Toğrul Qəniyev solist olaraq çıxış etmişdir.

Tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Camal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunmuşdur.

Bilkənt Simfonik Orkestri 1993-cü ildə Bilkənt Universitetinin tərkibində yaradılmışdır. Türkiyə və daha 12 ölkənin tanınmış musiqiçilərinin çalışdığı orkestr 2009-cu ildə UNICEF-in Türkiyədə xoşməramlı səfiri elan olunmuşdur.

Kollektiv indiyədək İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış etmiş, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər vermişdir.

Bilkənt Simfonik Orkestrinin konserti alqışlarla qarşılanmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm