Nadir: “Kişilərə giriş qadağandır” – FOTO
Bizi izləyin

Tabloid.az

Nadir: “Kişilərə giriş qadağandır” – FOTO

Bir neçə ay bundan öncə Yaşıl Teatrın səhnəsində həyat yoldaşına solo-konsert verən Nadir Qafarzadə indi də başqa xanımlar üçün oxuyacaq.

Publika.az-ın məlumatına görə, müğənni sırf xanımlar üçün solo-konsert proqramına tədarük görür. Dediyinə görə, həmin tədbirdə yalnız xanımlar iştirak edəcək. Konsertə bir nəfər də olsun kişi buraxılmayacaq. Ən maraqlısı budur ki, Nadir xanımlardan bir qəpik də olsun pul almayacaq. Yəni biletsiz konsertə hər kəsin gəlmək imkanı olacaq.

Maraqlıdır, müğənni nədən belə bir konsert vermək qərarına gəlib? görəsən?..

Aldığımız cavab belə oldu: “Xanımım üçün konsert verəndə çoxları məni qınadı. Amma o, uzun zaman çətinliklərə, mənim kaprizlərimə dözüb. Günlərlə evə gəlməmişəm, səfərlərdə olmuşam, amma xanımım mənə bir kəlmə söz deməyib. Bunun qarşılığında bir konsert nədir ki?.. Sonradan fikirləşdim ki, bütün xanımlar üçün də bir konsert verim. Gözəl bir repertuarla onların qarşısında çıxış etmək arzusundayam. Xanımlarımız buna layiqdir. Bu konserti xüsusən ağbirçək analarımız, nənələrimizin şərəfinə vermək istəyirəm”.

Onu da öyrəndik ki, müğənnin konserti gələn il baş tutacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm