Bakı dünya gözəlini seçdi – FOTO
Bizi izləyin

Tabloid.az

Bakı dünya gözəlini seçdi – FOTO

"Baku Crystall Hall"ın səhnəsində nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalı keçirilib.

Publika.az-ın məlumatına görə, "Baku Crystall Hall"da Natəvan Mirzəyevanın orijinal dizaynı ilə finalçılar üçün 7 çıxışlı, işıq və lazer effektli, 1700-1800 kvadratmetr sahəsi olan möhtəşəm səhnə quraşdırılmışdı. Dünyanın 70-dən çox ölkəsində yayımlanan bayram gecəsində 5 qitənin gözəlləri iştirak ediblər. Onlar milli geyimlərdə və model-dizayner Günel Behbudovadan gecə paltarlarında podiuma çıxıblar. Gecənin aparıcısı tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmova olub. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, məşhur ifaçılar Demet Akalın, Hakan Levent, Gökhan Özen, İnna və Azərbaycanın gənc ifaçısı Vaqif Nağıyev iştirak ediblər.

Münsiflər heyətinin tərkibinə Azərbaycan, Türkiyə, Braziliya, Yunanıstan və Myanma nümayəndələri daxil olublar. Onlar arasında münsiflər heyətinin sədri, "Miss Globe International" və RGA şirkətinin prezidenti Rasim Aydın, Zamiq Yunusov, Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə, əlbəyaxa döyüş üzrə beynəlxalq dərəcəli idman ustası Sair İsgəndərov və digərləri olub. Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esma Voloden elan edilib. Qalibə gümüşdən hazırlanmış və Günel Behbudovanın dizaynında dağ bülluru ilə bəzədilmiş tac təqdim olunub. Braziliyalı Şeyslin Dos Santos Reys ikinci, türkiyəli Gizem Gören üçüncü, azərbaycanlı Oksana Rizayeva dördüncü, boliviyalı Vivian Susanna Serrano beşinci yerə layiq görülüb. Münsiflər heyəti aşağıdakı iştirakçıları müxtəlif nominasiyalarda xüsusi hədiyyələrlə mükafatlandırıb: "Miss National Dress" - Vivian Susanna Serrano Lanos (Boliviya), "Miss Khazar Islands" - Anastasiya Kostiç (Ukrayna), "Miss Cosmopolitan" - Gizelli Riva Reynberqs (Surinam), "Miss Model" - Züleyxa Eliana Verissimo Neves (Kabo-Verde), "Miss Femina" - Qianna Dimaki (Yunanıstan).

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyyətindən asılı olmayaraq, 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm