Yazarlarımız Serbiyadan qayıtdı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yazarlarımız Serbiyadan qayıtdı – FOTOLAR

Serbiyada yazıçıların 51-ci Belqrad Beynəlxalq Qurultayı keçirilib.

Publika.az-ın məlumatına görə, ümumilikdə 23 ölkədən 30-dan çox ədibin iştirak etdiyi tədbirdə Azərbaycanı Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu və “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal təmsil ediblər.

Qurultay çərçivəsində nümayəndə heyətimiz Serbiyanın müxtəlif şəhərlərində olub və burada təşkil edilən ədəbi gecələrdə həm yerli, həm də xarici ədəbiyyatsevərlərə Azərbaycanın tarixi, mədəniyyəti və zəngin ədəbi irsi barədə ətraflı məlumat verib.

Səfər zamanı Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzi ilə Serbiya Yazıçılar İttifaqı arasında ədəbiyyat sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə dair memorandum imzalanıb.

Nümayəndə heyətimizin üzvləri, Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Serbiya Yazıçılar İttifaqının rəhbərliyi və yerli ziyalılar Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Taşmaydan” parkında olub, ümummilli lider Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər. Bununla yanaşı, nümayəndə heyətimiz həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini ziyarət edib, Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsini anıblar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm