Onu “Azərbaycan muğamının şahzadəsi” adlandırdılar – FOTO
Bizi izləyin

Tabloid.az

Onu “Azərbaycan muğamının şahzadəsi” adlandırdılar – FOTO

“Shanghai World Music Festival-2014” festivalı çərçivəsində Çinin ən böyük şəhəri olan Şanxayda xanəndə Qoçaq Əsgərov üçgünlük konsert proqramını təqdim edəcək.

Bu barədə Publika.az-a xanəndə özü məlumat verib.

Oktyabrın 16-da heyətlə yola düşməyə hazırlaşan musiqiçi heyəti növbəti gün səhnəyə çıxacaq. Konsertlərdən ikisi açıq havada, biri bağlı məkanda keçiriləcək. Xanəndənin çıxışından öncə YUNESKO eksperti, musiqişünas Sənubər Bağırovanın Azərbaycan musiqisi, muğamları haqqında çıxışı dinləniləcək.

Qoçaq Əsgərov bildirib ki, dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məhşur menecer Lijiang Tang tərəfindən olunub. Qocaq Əsgərovun İngiltərədə verdiyi konserti dinləyən menecer onun avazını festival dinləyicilərinə eşitdirmək qərarına gəlib. Repertuara gəlincə, azərbaycanlı xanəndə “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnılarını səsləndirəcək. Onu tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcək.

Konsertin afişaları artıq Şanxayın küçələrinə vurulub. Orada Qocaq Əsgərov ictimaiyyətə “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm