• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

Amerikada "7 gözəl"dən yazdılar

Amerikada "7 gözəl"dən yazdılar

Azərbaycan balet sənətinin incisi olan "Yeddi gözəl"in Amerikada səhnələşdirilməsi geniş rezonans doğurub

Publika.az xəbər verir ki, premyera ərəfəsində baş konsulluq tərəfindən "UT San Diego" qəzetində tamaşa ilə bağlı məqalə dərc olunub.

San Dieqo teatrının payız repertuarının bir çox sürprizlərlə zəngin olduğu vurğulanan yazıda sənətsevərlərin "Yeddi gözəl" baletinin premyerası sayəsində Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqları vurğulanır. Qeyd olunur ki, böyük bəstəkar Qara Qarayev baleti dahi Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə qələmə aldığı "Yeddi gözəl" poemasının motivləri əsasında yazıb. Poemada söhbət gənc şahın dünyanın müxtəlif ölkələrindən olan yeddi gözəldən aldığı ilham və müdriklikdən bəhs edilir.

San Dieqo baletinin bədii rəhbəri Xaviyer Velasko tamaşanın daha möhtəşəm alınması üçün iyun ayında Bakıda səfərdə olub, "Yeddi gözəl" baletinin ən yaxşı parçalarına tamaşa edib, materiallar toplayıb. Qonaq eyni zamanda Azərbaycan mədəniyyəti ilə tanış olmaq imkanı qazanmış, dünyəvilik və multikulturalizmin bərqərar olduğu Azərbaycan onu valeh etmişdir. "Azərbaycan əsrarəngiz ölkədir, burada nəinki Şərqlə Qərb, bütün mədəniyyətlər kəsişir", - deyə məqalədə vurğulanır.

Velasko özü də etiraf edir ki, poemada şahın yeddi xanımının olması öncə ona qəribə gəlib, ancaq Azərbaycana səfər etdikdən sonra əmin olub ki, bu, dahi şairin təxəyyülünün məhsuludur. "Poemada söhbət bir kişi ilə yeddi qadından yox, özünü dünya ilə bütövləşdirməyə, fərqli mədəniyyətləri öyrənməyə və özünü təkmilləşdirməyə çalışan ölkədən, insandan gedir". Velasko bildirir ki, bu baleti hazırlamaqda onun əsas məqsədi zəngin Azərbaycan mədəniyyətini Amerika auditoriyasına çatdırmaqdır: "Mən Bakıda olanda rəsmilərdən də soruşdum ki, bu qədər çoxmədəniyyətliliyə necə dözürsünüz. Cavab belə oldu: "dözmürük, qiymətləndiririk".

Qeyd edək ki, Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti ilk dəfə nümayiş etdirilib.

Tamaşa şəhərin ən böyük səhnəsi olan Civic Teatrında (The San Diego Civic Theatre) San Dieqo balet truppası (The San Diego Ballet) tərəfindən təqdim olunub. Tamaşanın xoreoqrafı San-Dieqo baletinin rəhbəri Xavier Velaskodur. Baletin musiqisi Randal Tvidin dirijorluğu ilə Qrossmont Simfonik Orkestri tərəfindən ifa olunub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>