Tabloid.az
Rusiyalı rəssam kuklalarını Bakıya gətirir – FOTO
Regionun yeganə profilli "Kukla" art qalereyası tamaşaçıları müəllif kuklası mövzusunda silsilə layihələrlə tanış etməkdə davam edir.
Publika.az-ın məlumatına görə, noyabrın 5-də saat
19.00-da Muzey Mərkəzinin akt zalında məşhur rusiyalı rəssam,
"Aleksandra" şirkətinin təsisçisi Aleksandra Kukinovanın çini
kuklalar sərgisinin açılış mərasimi keçiriləcək.
Sərgi "Kukla" art qalereyası, Muzey Mərkəzi və "Aleksandra"
şirkətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
A.Kukinova kuklaçı-rəssam, müəllif kuklası ustası, Çexov adına
Moskva Akademik Bədii Teatrının məktəb-studiyasının məzunu, Rusiya
Rəssamlar İttifaqının üzvüdür. Bir çox mükafatların, eləcə də "Meqa
ulduz" IV beynəlxalq kukla salonu (Rusiya), "Qrasiya və harmoniya"
(Rusiya), "Doll of excellence" (ABŞ), "Most attractive exhibit"
(ABŞ) və digər mükafatların laureatıdır. Əsərləri Rusiya, ABŞ,
İtaliya, Fransa, Almaniya və başqa ölkələrdə şəxsi kolleksiyalarda
saxlanılır, Boston Zərif Sənətlər Muzeyinin (ABŞ) daimi
ekspozisiyasında sərgilənir.
Çini miniatürlər uşaq və böyüklər üçün zərif üslublu
hədiyyədir.
Müəllifin Bakıdakı sərgisində tamaşaçılara 13 çini kukla, eləcə də
kolleksiyalı çini miniatürlər təqdim olunacaq. Sərgi noyabrın
6-8-də nümayiş üçün açıq olacaq.
Cəvahir
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ