"Eurovision" ulduzu boşanma xəbərindən danışdı
Bizi izləyin

Tabloid.az

"Eurovision" ulduzu boşanma xəbərindən danışdı

Müğənni Səbinə Babayeva boşanması haqda çıxan xəbərlərə aydınlıq gətirib.

Publika.az-ın məlumatına görə, “Eurovision 2012” mahnı müsabiqəsinin iştirakçısı Səbinə Babayeva “Həftə içi” qəzetinə açıqlamasında bütün bu xəbərlərin yalan olduğunu və çıxan xəbərlərin onu üzdüyünü söyləyib. Müğənni həyat yoldaşı ilə xoşbəxt ailəyə sahib olduğunu və heç vaxt ayrılmayacaqlarını açıqlayıb.


Qeyd edək ki, bir müddət əvvəl boşanma xəbəri çıxan müğənni İctimai Televiziya və Radio Yayımları Şirkətinin rejissoru, eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” filminin rejissoru Cavidan Şərifovla ailə həyatı qurub. Onların toyu 2012-ci il sentyabrın 26-da olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm