Bülent Ersoy sərvətini hədiyyə edəcək - SİYAHI
Bizi izləyin

Tabloid.az

Bülent Ersoy sərvətini hədiyyə edəcək - SİYAHI

Türkiyənin məşhur sənətçisi Bülent Ersoyun prodüseri və meneceri Fevzi Siverek sənətçinin mirasıyla bağlı açıqlamalar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Ersoyun sərvətinin yarısını Diyanətə, digər yarısını isə Türk Təhsil Vəqfinə bağışlamaq istədiyini söyləyib:

Jurnalistlərin “Niyə məhz Diyanət” sualına isə Siverek belə cavab verib:

“Bülent Ersoy işləyib qazanmağı və xeyriyyə işləri görməyi sevən insandır. Uzun illərdir gizli şəkildə xeyriyyə işləri həyata keçirirdi. İndi qalan mirasını Diyanətə hədiyyə etmək istəyir. Məqsəd Quran kursunun açılması və məscid inşa etdirilməsidir”.

Prodüser-menecer Ersoyun mirasının Türkiyə Mehmetçik Vəqfinə həvalə etməməyinin səbəbinə də aydınlıq gətirib:


“12 sentyabr hərbi çevrilişlərində Bülent xanımın bütün hüquqları əlindən alındı, ona yasaqlar qoyuldu. Ondan sonra bir az incikdir”.

Bülent Ersoyun mirasının siyahısını təqdim edirik

- İstanbulda 28 mənzil

- Fənərbağçada bir sauna salonu

- Fəthiyədə yanacaqdoldurma məntəqəsi

- “Türk Telekom Arena”nın inşasında istifadə olunan qüllə-kran və 5 ədəd yük maşını

- “Sultans Restoran”da şəriklik

- 600 min dollar dəyərində olduğu təxmin edilən zərgərlik məmulatları və kürklər

- “Mercedes” avtomobili

- Mərmərədə bir kənd

- Bodrumda bir villa

- Antalyada bir mənzil.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm