Bəstəkarın mahnısı Ayselə uğur gətirdi – AUDİO
Bizi izləyin

Tabloid.az

Bəstəkarın mahnısı Ayselə uğur gətirdi – AUDİO

Bəstəkar Tural Bayraməliyev yeni bəstəsini gənc müğənni Aysel Əlizadəyə təqdim edib. Türkiyədə peşəkar musiqiçilərin aranjiman etdiyi nəğmə artıq lentə yazılıb.

Bu barədə Publika.az-a bəstəkar məlumat verib:

“Mahnılarım hər bir ifaçısına uğur gətirib. “Mahnılarda yaşatdım” adlı mahnımın da bu silsilədən olacağına inanıram”.

Mahnının müəllifi onu da bildirib ki, Aysel Əlizadənin bu ifası üçün klip çəkilişi də nəzərdə tutulub.

Qeyd edək ki, bu, Tural Bayraməliyevlə Aysel Əlizadənin ilk yaradıcılıq əməkdaşlığıdır.

Publika.az-a danışan Aysel Əlizadə mahnının ona uğur gətirəcəyini bildirdi: “Yeni ildə bu mahnının mənə uğur gətirəcəyinə inanıram. Artıq uğur mənimlədir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm