Yuxuların mistik tərəfləri
Bizi izləyin

Tabloid.az

Yuxuların mistik tərəfləri

Yuxularla bağlı açılmayan bir çox sirlər var. Yuxuların sirli tərəflərini adətən metafizika elmi açır.Tabloid.az yuxuların elmi tərəflərini təqdim edir:

Yuxularla bağlı açılmayan bir çox sirlər var. Yuxuların sirli tərəflərini adətən metafizika elmi açır.Tabloid.az yuxuların elmi tərəflərini təqdim edir:

Korlar da yuxu görür - Bir insan sonradan görmək qabiliyyətini itirsə də, eyni ilə digər insanlar kimi yuxu görə bilər. Lakin doğuşdan kor olaraq dünyaya gələn insanlar səs, qoxu və hiss edə biləcəyi yuxuları görürlər. Görüntü isə olmur.

Hər kəs yuxu görür - Ağır psixoloji problemləriniz yoxdursa, mütləq yuxu görürsünüz. Lakin oyandıqdan sonra yuxuların 90 faizi unudulur. Yuxu gördüyünüzü xatırlamırsınızsa, bu yuxu görmədiyinizə deyil, yuxuları unutduğunuza işarədir.

Bəzi insanlar ağ-qara yuxular görürlər. Bu tip yuxu görən insanların sayı çox azdır. Bu cür yuxular adətən rəngli televizorlar çıxmazdan əvvəl daha çox görülürdü. Yuxuları rəngli görməyin əsas səbəbi rəngli televizorların ixtirasıdır.

Yuxular simvolikdir . Yəni, gördüyünüz hadisələr və insanlar başqa şeylərin simvollarıdır. Şüur altındakı simvollar şəklində yuxularda əks olunurlar.

Qadın və kişilərin gördüyü yuxular da fərqlidir. Kişilər yuxularda adətən kişi görürlər. Bir də kişilərin gördüyü yuxular daha aqressiv olur. Qadınlar isə nisbətən sakit yuxular görür.

Beynimiz bəzən real həyatda baş verən hadisələri yuxularda birləşdirir. Məsələn, yuxulu olanda eşitdiyimiz hər hansı səs yuxuya daxil olur.

Bir gecədə ən çox 7 fərqli yuxu görə bilərsiniz. Bütün gecə gördüyünüz yuxular maksimum 1-2 saat davam edir.

Heyvanlar da yuxu görür. Xüsusən pişiklər və itlər yuxulu olanda quyruqlarını hərəkət etdirirlər. Bu onların yuxu gördüyünü bir daha təsdiqləyir.

Aparılan araşdırmalarda məlum olub ki, yuxularında gələcəklə bağlı məlumat alan insanların sayı 18 və 38 faiz arasında dəyişir. Görülən yuxuların 70 faizi isə təkrar olur.

Xoruldayan insanlar yuxu görmürlər. Görsələr belə, tez unudurlar və ya daha az yuxu görürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm