• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dərinin vaxtından tez qocalmasının 8 səbəbi

Dərinin vaxtından tez qocalmasının 8 səbəbi

Dərinizin vaxtından tez qocalmasının və qırışmasının ən önəmli 8 səbəbi:

Üz mimikaları: Uşaq ikən ananız sizə deyərdimi: "Elə eləmə, yoxsa üzün tez qırışacaq!" O, yalan demirdi. Üzünüzü hər hərəkətə gətirdikdə, dəriniz bir az da qırışır. Çox vaxt dəriniz özü-özünü yenilədiyi üçün yeni dəri hüceyrələri yarandıqca həmin kiçik cizgilər də yox olur. Amma bu yenilənmə əbədi davam etməyəcək.

Siqaret: Bəli, hamımız bilir ki, siqaret sağlamlıq və gözəlliyin bir nömrəli düşmənidir. Lakin sadəcə sizi zəhərləyib, dişləri saraltmır, eyni zamanda, yaşlı görünməyinizə səbəb olur.

Yuxu: Qəribə səslənsə də, bütün günün yorğunluğundan qurtulmaq üçün yatağınıza girəndə belə özünüzə diqqət yetirməyə davam etməlisiniz. Çünki eyni tərəfdə uzun müddət yatsanız, üzünüzün o hissəsi daha çox qırışar. Buna görə də birtərəfli və ya böyrü üstə yatmaqdansa, özünüzü üzü üstə yatmağa öyrəşdirin.

Stress: Həyatımızdan stressi tamamilə silmək mümkün deyil. Amma dəri gözəlliyini qorumaq üçün daha sakit və soyuqqanlı olmağa çalışmaq lazımdır. Əslində qırışlardan qorunmaq üçün stressden uzaq olmalısınız, çünki qırışılar daha çox stressə düşmənizə səbəb olacaq.

Yuxusuzluq: Yuxunun öhdəsindən gəlməyin yolu yoxdur. Uzun müddət eyni şəkildə yatsanız da üzünüz qırışır və kifayət qədər yatmayanda da dəriniz qırışır. Heç ədalətli deyil! Lakin diqqət etməlisiniz ki, mümkün qədər nizamlı və üzü üstə yatasınız …

Spirtli içki: Nə qədər çox içsəniz, o qədər tez qocalacaqsınız. Spirtli içki üzünüzün şişməsinə səbəb olur, sonra dartılmasına və qırışmasına gətirib çıxarır.

Nəmsizlik: Quru dəri ən pis dəridir. Çatlama, qanama və qırışmaya səbəb olur. Bədəninizin nə qədər suya ehtiyacı varsa, üzünüzün də nəmlənməyə o qədər ehtiyacı var. Nəmləndirici krem və vasitələri əlinizin altından kənara qoymayın.

Genlər: Ailənizə və qırışlarınıza baxın, çünki onların hekayəsi sizin də ola bilər. Ən azından onların səhvlərindən dərs ala bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR