Yorğunluğu aradan qaldırmağın üsulları
Bizi izləyin

Tabloid.az

Yorğunluğu aradan qaldırmağın üsulları

Müasir dövrdə yorğunluq insanların şikayət etdiyi ən böyük problemlərdən biridir. Iş yorğunluğu, şəhər həyatı, fəsil dəyişkənliyi, müxtəlif xəstəliklər, depressiya, stress və. s insan orqanizminin yorğunluğuna səbəb olan amillərdir.

Müasir dövrdə yorğunluq insanların şikayət etdiyi ən böyük problemlərdən biridir. Iş yorğunluğu, şəhər həyatı, fəsil dəyişkənliyi, müxtəlif xəstəliklər, depressiya, stress və. s insan orqanizminin yorğunluğuna səbəb olan amillərdir. Müəyyən müddətdən sonra bu xroniki yorğunluğa gətirib çıxara bilər. Bunlar xüsusilə qadınlara mənfi təsir edir.

Bəzən bu yorğunluq qan azlığı, infeksion, qaraciyər, ürək və böyrək çatışmazlığı, vitamin-mineral çatışmazlığı, xərçəng kimi xəstəliklərin ilk işarələrindən biri ola bilər.

Yorğunluğun başlıca səbəbi isə dəmir çatışmazlığı ilə bağlı olan qan azlığıdır. Bunun qarşısını almaq üçün həftənin müəyyən günlərində dəmirlə bol olan yumurta yemək məsləhətdir. Həftədə 2-3 dəfə qırmızı ət, yanında C vitamini atıran meyvə tərəvəz yeməyə çalışın. Meyvə qurularında, çərəzlərdə də dəmir yüksək olduğu üçün ara yeməklərdə onların qəbulu məsləhətdir. Tünd çay dəmirin sovrulmasını azaldır. Bunun üçün yeməkdən sonra çay içmək məsləhət deyil.

Yorğunluğu azaltmaq üçün bunlara diqqət edilməlidir:

Yeməyi vaxtında yeməyə çalışın;

Az və tez-tez yeyin ;

Taxıl, ağ buğda unundan hazırlanmış bişmələr yerinə, çovdarlı, kəpək, yulaflı qidalara üstünlük verin;

Gün ərzində 8-10 stəkan su içməyə çalışın ;

İdman edəndən sonra çox tərləyirsinizsə, təzə meyvə şirəsi için;

Yağlı yeməklərdən mümkün olduğu qədər uzaq durun;

Xüsusilə axşam yeməyinin tərəvəzdən olmasına çalışın;

Spirtli içkidən istifadəni maksimum azaldın;

Qızartma əvəzinə sobada bişən, soyutma yeməklərə üstünlük verin;

Özünüzü yorğun hiss edəndə banan, çiyələk və ya kivi qəbul edin;

Bütün bunlardan əlavə insan həm də ağır iş günündən sonra duş qəbul edərək və yaxud ayaqlarını isti suya qoyaraq günün yorğunluğunu özündən uzaqlaşdıra bilər.

Gözəllik mərkəzlərinə getməyərək evdən çıxmadan hamamda su vannasına müxtəlif bitki tərkibli köpüklər, şampunlar, eləcə də duzlar əlavə edib, vannanın ətrafına rahatlıq gətirəcək ətirli şamlar düzərək siz özünüz üçün rəngli və ətirli aləm yaradıb tam dincələ bilərsiniz. Şampun və şamların ətri, onların rəngləri, duzların təsiri və suyun rahatlaşdırıcı hərarəti bədəninizdə qan dövranını gücləndirəcək, beyninizi sakitləşdirəcəkdir.

Ətrafı şamlarla bəzənmiş vanna qəbulundan sonra otaqdakı müxtəlif efir yağ tərkibli ətirləyicilərin yaydığı qoxular sizdə təravət hissi, ruh yüksəkliyi yaradacaq. Bu ətirlər vasitəsilə siz bir anlıq bu dünyadan ayrılacaq, daxil olduğunuz yeni ətirlər dünyasında gərgin iş saatlarını, gündəlik qayğıları, stressi unudaraq özünüzü ən xoşbəxt insan hiss edəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm