• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Kişiləri qadınlardan uzaqlaşdıran davranışlar

Kişiləri qadınlardan uzaqlaşdıran davranışlar

Sizə dəli kimi aşıq olduğunu düşünsəniz belə, davranışlarınızla onu özünüzdən soyuda biləcəyinizi unutmayın.

Necə ki qadınlar kişilərin bəzi davranış və hərəkətindən soyuyur və uzaqlaşırsa, kişilər üçün də eyni şey keçərlidir. Onu özünüzdən uzaqlaşdırmaq istəmirsinizsə, davranışlarınıza göz gəzdirməlisiniz.

Kişiləri qadınlardan uzaqlaşdıran başlıca davranışlar:

Hər qadın qarşı cinsdən diqqət gözləyir. Amma bunun daha artığını gözləməyin. Kişilər yaradılışlarına uyğun olaraq sizə istədiyiniz diqqəti göstərməyə bilərlər. Əgər onu diqqət göstərməsi üçün sıxışdırsanız, uzaqlaşmasına səbəb olarsınız.

Əlbəttə, özünə güvən hər zaman tam olmalıdır. Ancaq miqdarında! Kişilərin hər şeyi bildiyini zənn edən, hər zaman onun dediyinin doğru olduğunu düşünən qadınlardan xoşları gəlmir.

Hər kəs azaddır, təbii ki. Ancaq bunu “mən istədiyimi edərəm!” şəklində deyil də, onunla ortaq qərarlar qəbul edərək etməyiniz əlaqəniz üçün daha yaxşı olacaq. Kişilər “dediyim dedik” qadınlardan uzaqlaşırlar.

Soyuqqanlı olun! Ən xırda bir problemdə təlaşa düşüb məsələni böyütməyin. Kişilər problem yaradan qadınları deyil, problem həll edən qadınları sevirlər.

Həddindın artıq makyajla gözəl olduğunuzu düşünürsünüzsə, sizə pis xəbərimiz var! Kişilər həddindən artıq makyajdan nifrət edirlər.

Şəxsi baxımınıza biganə qalmayın. Hər zaman arzuolunmaz tüklərinizdən vaxtında qurtulun, gözəl qoxu gəlsin. Kişilər tər iyi gələn qadınlardan işıq surəti ilə uzaqlaşırlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR