Uşaqların dərsi daha yaxşı qavraması üçün vacib olan qidalar
Bizi izləyin

Tabloid.az

Uşaqların dərsi daha yaxşı qavraması üçün vacib olan qidalar

Yay tətili bitdi, artıq dərslərin başlanmasına bir neçə gün qalıb. Minlərlə uşaq məktəbə gedəcək. Bəs görəsən onlar dərsləri istənilən şəkildə qavraya, yaxşı qiymətlər ala biləcəklərmi?

Yay tətili bitdi, artıq dərslərin başlanmasına bir neçə gün qalıb.

Minlərlə uşaq məktəbə gedəcək. Bəs görəsən onlar dərsləri istənilən şəkildə qavraya, yaxşı qiymətlər ala biləcəklərmi?

Bunun üçün yaxşı yaddaş və güclü zehin lazımdır. Bu məsələdə övladınıza kömək edə bilərsiniz. Belə ki, onun qida rasionuna aşağıda adını sadaladığımız qidaları daxil edin. Həmin qidalar həm uşağın sağlamlığı, həm də zehninin inkişafı üçün vacibdir.

Süd və qatıq zehni fəaliyyətin inkişafına müsbət təsir edir. Diqqəti artırır.

Yumurta D vitamini ilə zəngindir, bu qida hüceyrələrin öz-özünü yeniləməsini təmin edir. Beynin fəaliyyətini gücləndirir. Yaddaşa da yaxşı təsir edir.

Qırmızı ət dəmirlə zəngindir. Uşaqlarda zəka səviyyəsini yüksəldir.

Üzüm suyu yaddaşı qüvvətləndirir. Yorğunluğu aradan qaldırı və zehni açır.

Balıq zehni fəaliyyəti artırır, beyni gücləndirir. Yaddaş üçün əvəzolunmaz qidadır.

Fındıq, qoz, badam tərkibindəki E vitamini sayəsində uşağın dərsləri daha yaxşı başa düşməsinə, diqqətli olmasına kömək edir.

Banan sodium, potasium, maqnezium kimi minerallarla zəngin olduğu üçün əzələlərin yaxşı işləməsinə, ürək ritminin yaxşılaşmasına və beynə daha çox oksigen getməsinə səbəb olur. Bu da öz növbəsində beyni gücləndirir. Uşaq gündə bir ədəd banan eməlidir.

Yaşıl yarpaqlı bitkilər - ispanaq, kələm kimi qidalar tərkiblərində olan fol turşuları sayəsində beyin hüceyrələrinin inkişafına kömək edir.

Tabloid.az

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm