• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Mətbəx şkaflarınız üçün heyran qalacağınız ideyalar - Fotolar

Mətbəx şkaflarınız üçün heyran qalacağınız ideyalar - Fotolar

Mətbəxində dəyişiklik etməyi düşünənlər üçün topladığımız müasir mətbəx şkafları modelləri sizə yeni mətbəx üçün gözəl ideyalar verəcək...

Yaxın zamanda mətbəxi yeniləməyi düşünürsünüzsə, uzun illər ərzində istifadə edəcəyiniz yeni mətbəxinizin keyfiyyətli materiallardan ibarət olmasına diqqət edin. Mətbəx şkafları tez-tez dəyişdirilə bilən mebel növü olmadığı üçün mətbəx şkafı dizaynının funksional və ehtiyaclarınıza cavab verən dizayna sahib olması çox əhəmiyyətlidir.

Gələcəkdə mətbəx dəbinin dəyişəcəyini nəzərə alaraq, mətbəx şkafının qapaqlarının asan dəyişdirilə bilən və aksessuarlar istifadə edilərək yenidən bərpa edilməsi üçün uyğun olduğuna fikir verməlisiniz. Bu şəkildə mətbəxinizin əsas şkaflarına toxunmadan yalnız qapaq rəngi və ya müxtəlif mətbəx qapağı modelləri ilə mətbəxinizi hər zaman yeniləyə biləcəksiniz.

Əgər hazır mətbəx şkafı almaq istəmirsinizsə, mətbəxinizə uyğun, xüsusi və müasir mətbəx şkafı dizayn etməyi düşünürsünüzsə, bazarda bir çox memarlıq və dizayn firmalarının təklif etdiyi mətbəx dizaynı xidmətlərindən yararlana bilərsiniz. Yəni, çox az büdcə ilə universal, funksional və ehtiyaclarınıza uyğun mətbəx dizaynı etdirməyiniz də mümkündür. Tabloid.az peşəkar dizayn qruplarının hazırladığı hər tərzdə mətbəx dizaynlarına aid fotolar toplayıb. Fotolardan mətbəxinizin ölçülərinə uyğun şkaflar seçə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR