Fidan və Xuraman Qasımova bacıları Hacı Nurana baş çəkiblər
Bizi izləyin

Tabloid.az

Fidan və Xuraman Qasımova bacıları Hacı Nurana baş çəkiblər

Xalq artistləri Fidan və Xuraman Qasımovalar Almaniyanın Düsseldorf şəhərində müalicə alan həmyerlimiz, teleaparıcı Hacı Nuran İbrahimova baş çəkiblər.

Xalq artistləri Fidan və Xuraman Qasımovalar Almaniyanın Düsseldorf şəhərində müalicə alan həmyerlimiz, teleaparıcı Hacı Nuran İbrahimova baş çəkiblər.

Tabloid.az xəbər verir ki, “Uniklinik“də müalicəsini davam etdirən teleaparıcı bu haqda şəxsi “Facebook” profilində yazıb:

“Fidan və Xuraman xanım, sizlərə çox minnətdaram. Sağ olun ki, bu qədər qayğıma qalırsınız. Tez-tez mənə baş çəkirsiniz. Məni tək qoymursunuz. Sizə sonsuz təşəkkürümü bildirirəm. Ulu Tanrıma şükürlər olsun ki, həyatda sizin kimi alicənab, mötəbər insanlar var”.

Qeyd edək ki, Hacı Nuran Hüseynov limfaqranulematoz xəstəliyindən (ağciyər xərçəngi) müalicə olunur. Hazırda o, Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinik”in onkologiya şöbəsində müalicə alır. Onun sağalması üçün uzunmüddətli və bahalı müalicə tələb olunur.

Xatırladaq ki, uzun illər ərzində Hacı Nuran Hüseynov televiziyada xeyriyyə proqramlarının aparıcısı olub. Onun bu fəaliyyəti sayəsində çoxlu sayda insan yardım alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm