Faytonçu Nazim boşanma xəbərinə aydınlıq gətirdi - Açıqlama
Bizi izləyin

Tabloid.az

Faytonçu Nazim boşanma xəbərinə aydınlıq gətirdi - Açıqlama

Faytonçu Nazim boşanma xəbərinə aydınlıq gətirdi

"25 ilə yaxındır ailəliyəm. Bir qadınla ailə həyatı qurmuşam. Allah qismət eləsə, sona kimi onunla bir olacağam. Hər kişinin həyatında qeyri-rəsmi münasibət qurduğu qadın olur. Onlar gəlir-gedir. Dəfələrlə bu hadisələr baş verir. Hal-hazırda həyatımda xanımımdan başqası yoxdur. Subayam, yeni boşanmışam" bu fikirləri bu gün “Günaydın” verilişinin qonağı olan müğənni faytonçu Nazim deyib.

Xəbəri dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxladıq. Həqiqətən də boşanıb-boşanmaması ilə maraqlandıq.

Tabloid.az-a açıqlama verən müğənni 25 ildir həyat yoldaşı ilə ailəli olduğunu bildirərək xəbəri təkzib etdi. Fikrinin düzgün anlaşılmadığını ifadə edən müğənni əlavə etdi:

“Sadəcə verilişdə sual olundu ki, həyatınızda qeyri-rəsmi münasibət olub ya yox ? Mən isə cavab verdim, bəli olub. Hazırda isə heç kim yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm