İki rəngli dodaqlar trendə çevrildi - Fotolar
Bizi izləyin

Tabloid.az

İki rəngli dodaqlar trendə çevrildi - Fotolar

İnsan fantaziyasının ən son məhsulu olan bu trend cəsarətli xanımlar üçün nəzərdə tutulub

Qadınların bir çoxu makiyajda dodaqlaırnı ön plana çıxarmağı sevirlər. Bu il dəbdə olan qırmızı, çəhrayı və zoğalı rəngli dodaq boyaları ilə dodaqları diqqət mərkəzində saxlamaq çox asandır. Ancaq modada trendləri müəyyənləşdirən ən məşhur markaların dəfilərinə nəzər saldıqda iki rəngli dodaqların da dəbə mindiyini görürük. İnsan fantaziyasının ən son məhsulu olan bu trend cəsarətli xanımlar üçün nəzərdə tutulub. Getdiyiniz hər yerdə hər kəsin dönüb sizə baxmasını istəyirsinizsə, bu dəblə ayaqlaşa bilərsiniz. Üst dodağınız çəhrayı, alt dodağınızı isə narıncı rəngli dodaq boyası ilə rəngləyə bilərsiniz.

Həmçinin çəhrayı ilə qırmızını, qırmızı ilə sarı və narıncını da kombin edə bilərsiniz. Artı qbu sizin öz zövqünüzə qalıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm