• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qadın və kişi sonsuzluğu haqqında maraqlı məlumatlar

Qadın və kişi sonsuzluğu haqqında maraqlı məlumatlar

Cütlüklər uşaq sahibi olmağa qərar verənə qədər dünyaya uşaq gətirmə qabiliyyəti ilə maraqlanmırlar. Hələ də bir çox qadın sıxıntı və problem hiss etmədiyi müddətdə qadın xəstəlikləri və doğum mütəxəssisinə getməkdən çəkinirlər. Kişilər isə spermanın keyfiyyətinin yaxşı olmayacağını heç düşünə bilmədikləri üçün həkim istəmədiyi halda analiz verməyi lazım bilmirlər. Uşaq sahibi olmaq istədikdə isə bir sıra problemlə üzləşirlər. Tabloid.az xarici mətbuata istinadən sonsuzluqla bağlı bəzi faktları təqdim edir:

Sonsuzluğun fərqinə necə varmaq olar?

Yaş irəlilədikcə yumurta ehtiyatı azalır. Sperma sayı və keyfiyyəti isə düşür. Bu səbəbdən cütlüklər evlənməzdən əvvəl bu kimi amilləri də nəzərə alaraq dünyaya uşaq gətirmək mövzusunda məlumat sahibi olmalıdırlar.

Evlənməzdən əvvəl həkim nəzarətindən keçərək bəzi sadə müayinələrdən keçmək lazımdır. Əgər uşaq sahibi olmaq istəyirsinizsə, kişilər sperma testi, qadınlar isə bəzi hormon və yumurtalıqlarının hansı vəziyyətdə olması ilə bağlı həkim nəzarətindən keçməlidir.

Sonsuzluq probleminə hansı tezlikdə rast gəlinir?

Evli cütlüklərin 10-15 faizi sonsuzluq problemi yaşayır. Cütlüklərdən yalnız birində problem olarsa belə hər iki tərəfin müalicə olunması tələb oluna bilər.

Doğuma nəzarət metodları sonsuzluğa yol açırmı?

Xeyr. Amma evli cütlük arzuolunmaz hamiləlikdən qorunmaq üsulunu müstəqil seçməməlidirlər. Həmçinin nizamlı olaraq ayıbaşı olmamaq, tüklənmək və üzdə sızanaqların çox olması, döşlərdən süd gəlməsi, çox ağrılı menstruasiya olmaq, daha öncə genital bölgədə yaşanmış infeksiyalarla bağlı mütəmadi olaraq həkim müayinəsindən keçmək lazımdır. Bununla yanaşı, qadın cinsiyyət orqanında hər hansı bir cərrahi əməliyyat keçiribsə, radioterapiya və ya kimyaterapiya müalicəsi alıbsa, diabet, böyrək çatışmazlığı problemləri varsa, mütləq mütəxəssislə məsləhətləşməlidirlər.

Kişilər nə zaman diqqətli olmalıdır?

Sperma miqdarı çox az və ya heç olmur;

Bədən tükləri çox azdırsa;

Xayalar torbalarında deyilsə;

Kiçik yaşda qrıja əməliyyatı keçirilibsə;

Kiçik yaşda yüksək qızdırma xəstəliyi keçiribsə;

Kimyəvi maddələrə və radiasiyaya məruz qalan işlərdə çalışırsa;

Cinsiyyət orqanına infeksiya düşübsə.

Problemi erkən həll etməyin üstünlüyü nədir?

Yaş amili də sonsuzluq problemində çox mühümdür. İnkişaf edən texnologiyalar da keyfiyyətli yumurta, sperma və ya embrionun seçilməsini imkan verir və uğurla tətbiq olunur.

Övlad sahibi olmaq istəyirsinisə, tez bir zamanda həkimə getməlisiniz. Həmçinin süni mayalanma ilə də uşaq sahibi ola biləcəyinizi unutmayın.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR