• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Cennifer Lopez: “Möcüzə kimi kişi gözləyirəm” - Fotolar

Cennifer Lopez: “Möcüzə kimi kişi gözləyirəm” - Fotolar

Dünyanın ən gözəl 45 yaşlı qadınının Cennifer Lopez olduğundan demək olar ki, hamı həmfikirdir. Həyat yoldaşı Mark Antonidən boşandıqdan sonra daha da gözəlləşən və karyerasında zirvəyə çıxan gözəl müğənni son günlərdə “Gərçək eşq” adlı kitabı və 18 yaşındakı qonşusu ilə eşq yaşayan qadını canlandırdığı “The Boy Next Door” adlı filmi ilə gündəmdədir. Filmdəki intim səhnələr “Booty” klipindəki qədər iddialıdır.

Gözəl müğənni məşhur jurnallardan birinə müsahibə verib.

Tabloid.az ulduzun şəxsi həyatından da bəhs etdiyi həmin müsahibəni təqdim edir:

- Cennifer bu qədər işləmək səni yormur?

- (Gülür) Yox, yormur. Mən işləməyi sevirəm. Çətin dövrlər keçirdim və bütün bunları həzm edə bilməyin ən yaxşı üsulu özünüzü işinizlə təsəlli etmək, uşaqlarınız üçün yaxşı bir ana olmaq və olan bitənlə əlaqədar çox da narahatlıq keçirməməyə çalışmamaqdır.

- “Gerçək eşq” adlı avtobioqrafik kitabında boşandıqdan sonra yaşadığın çətin günlərdən bəhs edirsən…

- Bu kitab şüur altımda qalan bütün düşüncələrin əks olunduğu mətnlərdən ibarətdir. Kitab yazmaq insanı hər şey haqqında daha çox düşünməyə məcbur edir. Bu, mənə müsbət təsir etdi. Çünki güclü olduğumu və həyatımı təkbaşına da qura bildiyimi dərk etdim. Kitabı yazarkən özüm haqqında çox şey öyrəndim. Bu ərəfədə uşaqlarımla səyahətə çıxdım və gözəl təcrübələrdən keçdim.

- Övladlarına həyat haqqında nələr öyrədirsən?

- Onları şəfqətli, nəzakətli və mərd insanlar olaraq böyütmək istəyirəm. Mən çox çalışqan bir ailənin övladıyam. Bilirəm ki, çox işləmək səni həyatda istədiyin yerə gətirər. Məncə, uşaqlarım da məndən nümunə götürəcəklər. Kömək etməyi sevən, yaxşı, sevdiklərinə diqqət yetirən və məqsədlərinə çatmaq üçün çox işləməkdən çəkinməyən gənclər olacaqlar. Yaxşı bir həyatın sirri işləməkdir.

- Karyeranda hər şey mükəmməl olsa da, eşq həyatında xoşbəxtliyi tapa bilmədin. Gerçək eşqi tapa biləcəyinə inanırsan?

- Heç bir şey üçün tələsmirəm. Belə də xoşbəxtəm. Gələcək üçün yaxşı addımlar atıram və daha yaxşı, müdrik bir insana çevrilmək üçün çalışıram. Bu qədər vaxtdan sonra onu öyrəndim ki, başqasını sevmədən öncə, özümü sevməli və xoşbəxt hiss etməliyəm. Hazırda həyatımda heç kim yoxdur, amma bu sonsuza qədər belə davam etməyəcək. Qarşıma möcüzə kimi bir adam çıxacaq. Onu gözləməkdən vaz keçməyəcəyəm.

- Yeni filmin “The Boy Next Door”un çəkilişləri necə keçdi?

- Aktrisalıq peşəsini sevirəm. Bu filmin bəzi qorxunc səhnələri olsa da, onu çəkmək bir öncəki filmim “Parkeri” çəkməkdən daha asan oldu. Çünki o zaman fikrim boşanmaqla bağlı problemlərdə idi. Özümü yaxşı hiss etmirdim.

- Həmişə gözəl qadın olmusan. Amma son vaxtlar insanlar onu heç bu qədər seksual görməmişdik deyirlər. Gün keçdikcə daha da gəncləşib, gözəlləşməyi necə bacarırsan?

- (Gülür) Sözləriniz üçün təşəkkür edirəm. Daha öncə də dediyim kimi, veqan pəhrizi mənim ən böyük köməkçimdir. Özümü heç vaxt bu qədər sağlam hiss etməmişdim.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR